YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Babayeva İlhamə Əzi qızı YAP-ın VI qurutltayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Babayeva İlhamə Əzi qızı, sədr müavini Səmədova Əzimə Alik qızı seçilmişlər. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilmişdir. Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatın işini qənaətbəxş hesab etmək olar.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişdir.