08 yanvar 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında yerli təşkilatın sədri Vüqar Seyidov şəhid Qardaşxan Əhmədlinin atası Elxan Əhmədovla görüşüb. Görüş zamanı şəhid ailəsinin cari qayğıları ilə maraqlan Vüqar Seyidov şəhidlərimizin vətən torpağına, dəyərli ailə üzvülərinin isə bizlərə əmanət olduğunu vurğulamışdır.
Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid Əhmədli Qardaşxan Elxan oğlunun qızı Nişanənin 4 yaşının tamam olması münasibəti ilə şəhidin ailəsini təbrik edərək, doğum gününü qeyd edən balamıza YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından hədiyyələr təqdim etmişdir. Xatırladaq ki, balaca Nişanə şəhid Qardaşxan Əhmədlinin şəhadətindən sonra dünyaya gözlərini açmışdır.
Sonda şəhidin atası dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya, Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.