YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir.

YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən igidlərimizdən biri də Kəlbəliyev Mirkazım Firuz oğludur. Suraxanı rayon sakini olmuş əsgər (MAHHXHQ) Kəlbəliyev Mirkazım 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsinin ilk günü şəhid olmuşdur.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhid ailəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, YAP sədri cənab İlham Əliyevin tapşırığına uyğun təmin olunduqları yeni mənzillərində ziyarət etmişlər. Görüş zamanı YAP-ın yerli təşkilatının sədri üzərində şəhidin əski toxunmuş xalçanı ailəyə təqdim edərək, bildirmişdir ki, müharibənin ilk günündə şəhid olan oğullarımız təkcə canları bahasına deyil, eyni zamanda yüksək döyüş ruhları ilə də müharibənin gələcək yönünü müsbət istiqamətə dəyişə bilmişlər.
Ailə üzvləri ilə söhbət zamanı şəhid Mirkazımın vətənpərvər, döyüşkən ruhlu hərbiçi olduğu bir daha vurğulanmışdır. Onun hər zaman müharibədə qalib gələcəyimizə olan inamı, qəlbində düşmənə yaşatdığı nifrət duyğusu müharibədə fəal iştirakına səbəb olmuşdur.

Ailənin qayğıları ilə maraqlanan YAP Suraxanı rayon təşkilatının sədrinə şəhidin həyat yoldaşı, ailə üzvləri dövlət başçısı cənab İlham Əliyevə və dövlətimizə minnətdar olduqlarını bildirmişlər. Onlar bütün diqqət və qayğı ilə əhatə olunduqlarını xüsusi ifadə etmişdirlər.
Qeyd edək ki, əsgər (MAHHXHQ) Kəlbəliyev Mirkazım Firuz oğlu “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.