YAP Suraxanı rayon təşkilatı Ramazan ayında 290 aztəminatlı, şəhid və qazi ailələrinə bayram sovqatı təqdim etmişdir

YAP Suraxanı rayon təşkilatı Ramazan ayında 290 aztəminatlı, şəhid və qazi ailələrinə bayram sovqatı təqdim etmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il Müqəddəs Ramazan ayında Suraxanı rayonunda yaşayan 290 aztəminatlı, şəhid və qazi ailəsinə bayram sovqatı təqdim etmişdir. Yerli təşkilatın sədri Vüqar Seyidovun şəxsi təşəbbüsü və göstərişi ilə bayram süfrəsində olan 22 adda təamın yer aldığı bağlamalar YAP Suraxanı rayon təşkilatının aparatının əməkdaşları və  fəal gənclər vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ailələrə verilmişdir.

YAP Suraxanı rayon təşkilatına dəvət olunmuş ailələrlə, onların cari problemləri ilə maraqlanılmış və bəzi məsələlər rayon təşkilatının rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

Yerli təşkilata dəvət olunmuş ailələr diqqət və qayğı üçün Dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.