YAP Suraxanı rayon təşkilatının və Suraxanı Gənclər Evinin birgə fəaliyyəti ilə bağlı görüş keçirilib

YAP Suraxanı rayon təşkilatının və Suraxanı Gənclər Evinin birgə fəaliyyəti ilə bağlı görüş keçirilib

2 iyun 2025-ci il tarixdə Suraxanı Gənclər Evində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir. İki qurum arasında gələcək fəaliyyət sferalarının müzakirə olunduğu görüşdə Suraxanı Gənclər Evinin direktor Cəbi Quliyev,  YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev və gənclər və gender məsələləri üzrə məsləhətçisi Fərəh Məcidzadə iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan Suraxanı Gənclər Evinin direktor Cəbi Quliyev ölkəmizdə Dövlət Gənclər Siyasətinin bütün təbəqədən olan gəncləri əhatə etdiyini vurğulamışdır. O qeyd etmişdir ki, Suraxanı Gənclər Evinin qapısı bütün rayon gənclərinin üzünə açıqdır, o cümlədən YAP Suraxanı rayon təşkilatının fəal gəncləri də burada yaradılmış bütün imkanlardan səmərəli faydalana bilərlər.

YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev yerli təşkilatın sədri Vüqar Seyidovun salamlarını çatdıraraq dedi ki, qürurverici haldır ki, Azərbaycan gəncliyinin ən vətənpərvər və inkişafa meyilli hissəsi məhz doğma - Yeni Azərbaycan Partiyasının ətrafında toplaşmışdır. Ənvər Haqverdiyev gələcək birgə fəaliyyətin faydalı nəticələr verəcəyinə ümid etdiyini bildirmişdir.

YAP Suraxanı rayon təşkilatının gənclər və gender məsələləri üzrə məsləhətçisi Fərəh Məcidzadə yerli təşkilatın gənclərlə bağlı həyata keçirdiyi layihələrə toxunaraq bildirmişdir ki, YAP Suraxanı rayon təşkilatı və Suraxanı Gənclər Evinin birgə əməkdaşlığı Suraxanı gənclərinin inkişafına səbəb olacaqdır.

Sonda xatirə şəkili çəkdirilmişdir.