YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə  ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı  keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdən öncə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr guşəyə baxış keçirilmişdir. Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ərazi partiya təşkilatının sədri Kazımov Mürsəl Allahverdi oğlu YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Səfərov Əliqismət Xanlar oğlu, sədr müavini Əhmədova Almaz Razim qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayıb işlərində uğurlar arzuladı. Yerli təşkilatın sədri ölkədə həyata keçirilən geniş miqyaslı islahatlara toxunaraq bildirmişdir ki, əldə olunmuş uğurlarda YAP üzvlərinin rolu az deyildir. Partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən və vətəndaş mərkəzli siyasətinin ölkə əhalisi tərəfindən dəstəkləndiyini vurğulamışdır. Vətən Müharibəsində əldə olunan qələbədən bəhs edən Vüqar Seyidov təhsil ocaqlarının, xüsusi ilə də uşaqların, gənclərin  milli vətənpərvərlik ruhunda tərbiyəsində məktəblərin   rolunu yüksək qiymətləndirmişdir. 318 №-li tam orta məktəbin Vətən Müharibəsində iki şəhidi olduğunu da qeyd edən Vüqar Seyidov həm şəhid Muxtar Qasımlının, həm də şəhid İsabala Hüseynovun əziz xatirələri qarşısında ehtiramla baş əydiyini dedi. Rayon təşkilatının sədri YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzənin qənaətbəxş olduğunu bildirdi.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.