YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi əsgər  (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı şəhidlərimizə olan dərin hörmət və ehtiramını bildirən Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin ailəsinə təşkilat adından “Anım löhfəsini”  təqdim etmişdir.

Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzu0linin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.