YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Sehran Vəliyevin doğum günü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər
23 fevral şəhid Sehran Vəliyevin doğum günüdür. 23.02.2022 – ci il tarixdə doğum günü münasibəti ilə Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi gizir Vəliyev Sehran Nizami oğlunun övladının təhsil aldığı Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi anım mərasimi keçirilmişdir. Öncə məktəbin foyesində şagirdlər tərəfindən yaradılmış Xocalı soyqırımına həsr olunmuş sərgiyə qonaqlar tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və 315 nömrəli məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan 315 nömrəli tam orta məktəbin direktor müavini Leyli Rüstəmova məlumat vermişdir ki, Sehranın hərbi sahəyə marağı onu bu çətin və məsuliyyətli işə aparıb. 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. 27 sentyabr 2020-ci il Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Suraxanı RİH-nin şöbə müdiri bildirmişdir ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində Azərbaycan Respublikası və Müzəffər ordusu qarşısına qoyduğu bütün hədəflərə çatmış və döyüş planlarını artıqlaması ilə yerinə yetirmişdir. Elmar Hüseynov müharibədə Sehran kimi övladlarımızın sayəsində qalib gəldiyimizi vurğuladı
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov demişdir ki, istər müharibə dövründə istərsə də sonra Dövlət başçısı möhtərəm Prezident, YAP sədri İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veterenlarına olan qayğsı, həssas təbəqədən olan insanlara qarşı münasibətləri üçün örnək olmalıdır.
Qeyd edək ki, şəhid gizir Vəliyev Sehran Nizami oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.