Şəhid Polad Şirinov şəhadətinin qırxıncı günündə ehtiramla yad edilmişdir

Şəhid Polad Şirinov şəhadətinin qırxıncı günündə ehtiramla yad edilmişdir
24 oktyabr 2022-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Suraxanı rayon sakini əsgər Şirinov Polad Seyran oğlunun qırx mərasimidir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri şəhidin Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini böyük ehtiramla anıblar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.