YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri Ceyran Novruzovanı təbrik etmişlər
28 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Əmircan qəsəbəsi S. Tağıyev küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 114 №-lİ tam orta məktəbin direktoru Novruzova Ceyran Kamal qızının 65 illik yubileyi münasibəti ilə yubliyarı təbrik etmişlər. Təhsil ocağına ziyarət əsnasında bir qrup məktəb kollektivi ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Ceyran xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və təhsilinin inkişafına həsr edib. Təhsil sahəsində uğurları ilə yanaşı Ceyran xanımın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Ceyran xanımın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli direktor, insanlara elm, savad aşılayan bir müəllim olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi, doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov vurğulamışdır ki, Ceyran Novruzovanın gənc müəllimlərin, təhsil işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Ceyran Novruzova YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. Ceyran Novruzova bildirmişdir ki, bundan sonra doğma partiyamıza ləyaqətlə xidmət etməyə davam edəcəkdir. Sonda ərazi partiya təşkilatının bir qrup üzvü ilə xatirə şəkili çəkdirilmişdir.