YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan  qəsəbəsi  İlqar  Əhlimanov  küçəsi  13/14 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.

İclasın sədri Nəsimi Quliyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Sədr vəzifəsinə Nəsimi Quliyevin namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Nəsimi Quliyev sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr Nəsimi Quliyev Aybəniz Rüstəmovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Aybəniz Rüstəmova sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Hövsan  qəsəbəsi  İlqar Əhlimanov  küçəsi  13/14 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.