YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 125 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Ənvər Haqverdiyev iştirak etmişlər.
ƏPT-nin sədri Natiq Həsənov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Natiq Həsənov ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermiş, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.
Daha sonra Natiq Həsənov bildirdi ki, öz xahişi ilə Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 125 ünvanında yerləşən ərazi partiya təşkilatının sədrliyi vəzifəsindən istefa verib. Natiq Həsənov bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Natiq Həsənov tərəfindən ƏPT-nin sədri vəzifəsinə Nəsib İsmayılovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Nəsib İsmayılov sədr seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Nəsib İsmayılov göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlığını bildirərək, demişdir ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, ölkədə baş verən ictimai-siyasi hadisələrdə, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin siyasətinin haqlı müdafiəsi istiqamətində hər bir vətəndaş, xüsusilə də YAP üzvü öz dəstəyini verməlidir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək müəyyən statistikalar səsləndirmiş və bildirmişdir ki, Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 125 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.