YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov və məsləhətçisi Nərgiz Çiraqova iştirak etmişlər.
İclasa sədrlik edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ərazi partiya təşkilatının gündəliyində 1 məsələnin - ƏPT-nin sədr müavini seçkisi haqqında məlumat verdi. ƏPT-nin sədri Elvin Ağayev tərəfindən sədr müavini vəzifəsinə Musa Nağıyevin namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Musa Nağıyev sədr müavini seçilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Yerli təşkilatın sədri ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.