YAP Suraxanı rayon təşkilatının Əlillərin Respublika Bərpa Mərkəzində yeni ərazi partiya təşkilatı (əpt) yaradılıb

YAP Suraxanı rayon təşkilatının Əlillərin Respublika Bərpa Mərkəzində yeni ərazi partiya təşkilatı (əpt) yaradılıb

Əlillərin Respublika Bərpa Mərkəzinin konfrans zalında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə Əlillərin Respublika Bərpa Mərkəzinin YAP üzvləri, partiya fəalları və yeni qəbul olunmaq üçün müraciət edən əməkdaşları ilə görüşü keçirilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görüşü giriş sözü ilə açıq elan edərək bildirmişdir ki, Mərkəzdə çalışan çoxsaylı YAP üzvlərinin öz ərizələri ilə müraciətinə əsasən təmsil olunduqları qurumda YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 12 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılması ilə bağlı müvafiq əmr imzalanmışdır. Daha sonra yerli təşkilatın sədri bildirdi ki, Vətən müharibəsindən sonra əlillərin fiziki, mənəvi bərpası dövlətimizin prioritet məsələsidir.

Yerli təşkilatın sədri təşkilati məsələlərə toxunaraq dedi ki, bugünkü iclasın gündəliyində iki əsas məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur.

Əlillərin Respublika Bərpa Mərkəzinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının üzvü Gülnurə Əsgərova çıxış edərək yeni yaradılmış ərazi partiya təşkilatının (əpt) sədri vəzifəsinə Nabat Abdulovanın namizədliyini irəli sürdü. Bu təklifə ƏPT-nin üzvlərinin səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Nabat Abdulova sədr seçilmişdir.

Əlillərin Respublika Bərpa Mərkəzinin direktoru, YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 12 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni seçilmiş sədri Nabat Abdulova mərkəzin iş fəaliyyəti haqqında və mərkəzdə fəaliyyət göstərən YAP üzvləri ilə bağlı ətraflı məlumat vermişdir. Nabat Abdulova xüsusi qeyd etmişdir ki, Vətən uğrunda canını və sağlamlığını qurban verən qaziləri, veteranları və şəhid ailələrini daima diqqət və qayğı ilə əhatə etməkdədirlər.

Daha sonra səsvermə nəticəsində seçilmiş yeni sədr YAP sıralarında təcrübəsi və səmərəli fəaliyyəti ilə seçilən Mədinə Əliyevanın ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Mədinə Əliyeva ƏPT-nin sədr müavini seçilmişdir.

Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Suraxanı qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 12 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərini ƏPT-nin yaradılması münasibəti ilə bir daha təbrik etmiş, bütün üzvlərə ictimai fəaliyyətlərində uğurlar arzulamışdır.