YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Yeni Suraxanı qəsəbəsi, 18-ci Yeni Suraxanı qəsəbəsi küçəsi 64 ünvanında yerləşən 89 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri, YAP Suraxanı rayon təşkilatının veteranı Arif Babayev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT sədrinin müavini, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Svetlana Əliyeva, Yeni Suraxanı qəsəbəsi, 19-cu Yeni Suraxanı küçəsi ünvanında yerləşən ƏPT-nin və Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova, ƏPT sədrinin müavini, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynqulu Quliyev, hər iki ƏPT-də fəaliyyət göstərən YAP fəalları, şəhid ailələri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Svetlana Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında, eləcə də Cənubi Qafqaz regionunda mühüm və əhəmiyyətli bir hadisədir: "Partiyanın sədri, Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqində də qeyd etdiyi kimi, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti təkcə Azərbaycan üçün deyil, bütöv bir bölgə üçün böyük önəm daşıyır".
Arif Babayev iqtisadi məsələlərə toxunaraq qeyd edib ki, ölkə iqtisadiyyatının təməlini gücləndirmək məqsədilə xarici borcun Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 5,6 faizinə qədər endirilməsi makroiqtisadi sabitliyin və maliyyə müstəqilliyinin mühüm göstəricisidir.
Həqiqət Məmmədova çıxış edərək bu qurultayın ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra baş tutduğunu diqqətə çatdırıb: "Bu reallıq partiyanın və dövlətin qarşısında duran yeni milli hədəflərin, eləcə də inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi çəkiyə malikdir".
Hüseynqulu Quliyev isə öz növbəsində vurğulayıb ki, YAP-ın qəbul etdiyi yeni qərarlar gənclərin təşəbbüslərinin dəstəklənməsi, müasir çağırışlara uyğun ideoloji maarifləndirmə işlərinin genişləndirilməsi və partiya üzvlərinin cəmiyyətdə daha fəal rol oynaması üçün mühüm platformadır.
Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verərək geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən qərarlar və partiya sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkənin gələcək ideoloji xəttini və ideoloji təhlükəsizlik strategiyasını tamamilə yeni müstəviyə qaldırıb: "Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə, qurultayda önə çıxan əsas ideoloji məqamlar xüsusi dövlətçilik çəkisinə malikdir".
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələk hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini ifadə ediblər.
salammmmmdsds
buda son mesaj
yeni comment
salam necesiz
ggggggvvvv
gggg