YAP Suraxanı rayon təşkilatında dövlət başçısının qurultaydakı nitqi ilə bağlı görüşlər davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının qurultaydakı nitqi ilə bağlı görüşlər davam edir
29 oktyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı, partiyanın Sədri, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti görüşünü keçirib.
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsi, Elçin İsmayılov küçəsi 36 ünvanında yerləşən 36 nömrəli musiqi məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) baş tutan tədbiri giriş sözü ilə məktəbin direktoru, ƏPT sədri Raminə Ağayeva açıb. O, qurultayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən mühüm tarixi hadisə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova dövlət başçısının nitqində bəyan edilən əsas prioritetlər — milli təhlükəsizliyin gücləndirilməsi, Böyük Qayıdış proqramı, iqtisadi sabitlik və yeni ideoloji iş prinsipləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu hədəflər Azərbaycanın post-Zəfər dövründəki qlobal və regional müstəvidə yeni inkişaf mərhələsinin yol xəritəsidir.
Görüşün sonunda partiya üzvlərinin sualları cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə olunub.

Paylaş