YAP Suraxanı rayon təşkilatında Ərazi partiya təşkilatları ilə növbəti seminar keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında Ərazi partiya təşkilatları ilə növbəti seminar keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında 2022-ci ilin iş planına uyğun olaraq uçot-qeydiyyat və statistika işlərinin təkmilləşdirilməsi məqsədi ilə ərazi partiya təşkiltının nümayəndələrinin iştirakı ilə növbəti seminar keçirilmişdir.

Seminarda ərazi partiya təşkilatlarında YAP üzvlərinin dəqiq uçot işinin aparılması, işdən azad olunmuş, işə yeni qəbul olunmuş, iş yerini dəyişdirmiş və digər hallarda YAP-ın üzvlərinin qeydiyyatının aparılması prosesləri nəzərə çatdırılmışdır.

Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov uçot və qeydiyyat işinin aparılması ilə yanaşı mətbuatda və  sosial şəbəkələrdə siyasi işin təşkilində fəal iştirak etməyi və YAP idarə heyətinin qərarına əsasən üzvlük haqqlarının vaxtında ödənilməsinə nəzarət edilməsini ƏPT-nin sədrlərinə tövsiyyə etmişdir.