YAP Suraxanı rayon təşkilatı şəhid Vaqif Mərdanovun ailəsini təbrik edib

YAP Suraxanı rayon təşkilatı şəhid Vaqif Mərdanovun ailəsini təbrik edib

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycanın rəşadətli ordusunun qəhrəman əsgəri Suraxanı rayon sakini, Vətən Müharibəsində şəhid olmuş Vaqif Mərdanovun qardaşı qızının dünyaya göz açması münasibəti ilə şəhid ailəsini ziyarət edərək yerli təşkilatın çoxminli üzvləri adından təbrik etmiş, balaca Fatimə balamıza xoşbəxt, firəvan həyat arzulamışdır.

Sonda ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş