YAP Suraxanı rayon təşkilatı “5 oktyabar - Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bir qrup məktəb direktorunu təltif etmişdir
Təqdim etmə zamanı bir qrup məktəb kollektivinin nümayəndəsi ilə görüşən YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Kürsüm Həsənova və Ənvər Haqverdiyev “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə məktəbin direktor vəzifəsini icra edən Kəmalə Məmmədovanı və bütün müəllim kollektivini təbrik edərək pedaqoji fəaliyyətlərində uğurlar arzulamışlar.
Suraxanı Rayonu 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına və yerli təşkilatın sədri Vüqar Seyidova öz minnətdarlığını bildirmişdir. Dadaş Əliyev bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəyini xüsusi qeyd etmişdir.