YAP Suraxanı rayon təşkilatı Ərazi Partiya Təşkilatlarında fəaliyyət göstərən gənclərlə görüşlərə davam edir

YAP Suraxanı rayon təşkilatı Ərazi Partiya Təşkilatlarında fəaliyyət göstərən gənclərlə görüşlərə davam edir

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sıralarında fəaliyyət göstərən gənclərin partiya işinə daha operativ cəlb olunması, potensiallı gənclərin aşkarlanması, ictimai-siyasi fəallıqlarının artırılması ilə əlaqədar yerli təşkilatın Ərazi Partiya Təşkilatlarında (ƏPT) gənclərlə görüşlər davam edir. Görüşlər nəticəsində ƏPT-lərdə gənclərdən ibarət koordinasiya qrupları formalaşdırılacaq, yaradılan sistem gənclərin fəallığının artırılması ilə yanaşı, gənclərlə işin operativliyini artıracaqdır.

Görüşdə iştirak edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə və yerli təşkilatın fəal gəncləri Dövlət Gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı həyata keçirdiyi tədbir və layihələrlə bağlı gənclərə məlumat vermişlər. Eyni zamanda gənclərlə işin təşkili zamanı qarşıya çıxan problemlərdən bəhs edilmişdir. Həmçinin, müzakirələr əsnasında ictimai fəallığa meyilli gənclər aşkarlanmış, yaradılan koordinasıya qruplarına koordinator olaraq seçilmişlər.

Sonda YAP Suraxanı rayon təşkilatının sıralarında fəaliyyət göstərən gənc fəallar partiya işinin təşkilinə töhfə verməklə yanaşı, aktivliklərini artıraraq ümumi gənclər siyasətinə faydalı olacaqlarına söz vermişlər.

Cari görüşdə YAP Suraxanı rayon təşkilatının 2 ƏPT-də fəaliyyət göstərən gənclər iştirak etmişlər.