Azərbaycan-Vyetnam Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Aygün Qəhrəmanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, Göyərçin uşaq bağçası və körpələr evinin müdiri
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında baş tutan görüş, iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi tarixə düşdü.
Azərbaycanla Vyetnam arasında əməkdaşlığın ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat kimi bir çox istiqamətləri əhatə etdiyini vurğulayan Prezident, iki ölkənin birgə səylərlə böyük potensialı reallaşdıra biləcəyini qeyd etdi.