Xalqımız görülən işləri yenidən və bir daha qiymətləndirdi
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bildiyimiz kimi 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu Zəfər seçkisi idi. Azərbaycan xalqı cənab İlham Əliyevi yenidən Prezident seçməyi ilə öz gələcək yolunu seçmiş oldu. Xalq çox yaxşı bilir ki, ancaq bu yolla gələcək yolunu işıqlı edə bilər.
Bu fikrə xalqımız birdən-birə gəlmədi. Hər kəs Prezidentimizin gücünü, siyasi iradəsini və xalqını düşündüyünü hələ 44 günlük müharibədə gördü. 30 ildən artıq düşmən tapdağında göynəyən torpaqlarımızı qaytararaq Zəfər gününü bizə yaşadan məhz Prezidentimiz İlham Əliyev oldu. Bu yolda çox şəhid verdik, qazilərimiz də oldu. Allahdan Şəhidlərimizə Rəhmət, Qazilərimizə isə can sağlığı diləyirik.
Hazırda Azərbaycan dünyaya 44 günlük müharibədə qalib çıxmağı və öz döyüş taktikası ilə bir daha səs saldı. Bəzi ölkələr Azərbaycanın döyüş taktikasını öyrənməyə can atır. İndi ölkəmiz dünyada torpaqlarını düşməndən öz gücü hesabına alan, ərazi bütövlüyünü tamamlayan güclü dövlət kimi tanınır. Əlbəttə ki, bu, bizi və dünya azərbaycanlılarını çox sevindirir. Artıq biz başı dik gəzə bilirik. Çünki hal-hazırda Azərbaycanın ərazi bütövlüyü tamdır. İşğalda olan torpağımız, yurdumuz yoxdur.
Azad olunmuş ərazilərimizdə sürətli bərpa işləri gedir. Abadlaşan, özünə qayıdan kənd və şəhərlərimizdə yaşayış tam təmin olunub. Uşaqlarımızın təhsili üçün məktəblərimiz yenidən inşa olunaraq, fəaliyyətə başlayıb. Bütün bunlar hamısı cənab İlhəm Əliyevin güclü daxili və xarici siyasəti nəticəsində baş verib. Xalqımız bu işləri görür və qiymətləndirir.
Azərbaycan xalqının birliyi 44 günlük müharibədə Qarabağın azad olunmasında bir daha sübut olundu. Dövlətimizin yanında sıx birləşən xalqımız həmişə Prezidentimizi dəstəklədi və onun gücünə, iradəsinə inandı. Müharibə başlayan gündən hər kəs qalib olacağımıza inandı. Çünki Prezidentimiz hər gün xalqına canlı olaraq televizya vasitəsilə məlumat verir və azad olunmuş ərazilərimizə baş çəkirdi. Bu sanki bizə başqa bir güc və inam verirdi.
Biz gücümüzü, birliyimizi 7 fevral 2024-cü ildə Azərbaycanda keçirilə növbədənkənar prezident seçkilərində də göstərdik. Azərbaycanın bir və tək lideri var - İlham Əliyev. Biz layiqli namizədi seçməklə gələcək yolumuzu işıqlandırdıq. Gələcək Azərbaycanı daha da çiçəkləndirmiş və möhkəmlətmiş olduq. Çünki cənab İlham Əliyevin öz xalqı üçün gördüyü işlər göz önündədir.
14 fevral 2024-cü ildə andiçmə zamanı cənab Prezidentimiz İlham Əliyev öz nitqində xalqımızın birliyindən söz açaraq vurğulamışdır ki, “Bu gün Azərbaycan bir yumruq kimi birləşib”.