Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20 illiyində, bu ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirmişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”
Ölkə Prezidentinin əminliklə səsləndirdiyi bu fikirlər qətiyyətin təntənəsi oldu. 21 dekabrda Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə suverenliyimizin tam bərpa edilməsinin sevincini bir daha bölüşərək Azərbaycanın həm döyüş meydanında, həm də sosial sferada nümunəvi təcrübəyə malik olduğuna diqqəti çəkdi: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar” söyləyən dövlətimizin başçısı böyük qürur hissi ilə qeyd etdi ki, biz tarix yazmışıq, yazırıq.”
Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur duyur. Çünki buna əsas verən çox ciddi uğurlarımız var. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Xankəndi şəhərində keçirilən futbol matçından əvvəl bu mərasimdə çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!