Xalqıma zəfər yaraşır
Fərəh Hüseynova
YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın son iki yüz illik tarixində dönüş ili olan 2020-ci ilin, 44 günlük Vətən müharibəsində tarixə qızıl hərflərlə düşmüş Zəfər gününün ikinci ildönümünü yaşayırıq. Hər keçən ay, il bu möhtəşəm günün dəyərini daha da artırır: belə ki, qələbədən sonra görülən işlər qəlbimizi fərəhlə doldurur, yurd-yuvasına dönən soydaşlarımızın sevincinə şərik oluruq. Qürur yerimiz olan şəhidlərimizin, mübariz ordumuzun, müzəffər Ali Baş komandanımızın necə böyük və müqəddəs bir işi yerinə yetirdiyini getdikcə daha çox anlayırıq. Amma bu Zəfər asanlıqla qazanılmadı.
Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. 30 il davam edən işğal , münaqişənin dinc yolla həllinə çalışmaq, beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdi. İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir.
Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti nəticəsində tarixi torpaqlarımızla qonşu olmuşuq, bu itkilərin ən ağırı Qarabağı idi. Tarixi ədalətin bərpa olunduğu həmin günlər hər birimizin həyatının ən şərəfli xatirəsidir.Qəzəbin sevincə, qürurun hüznə qarışdığı o günlər xalqımız ordunun və Ali Baş Komandanın arxasında sıx birləşdi.Hər yeni ərazinin işğaldan azad olunması bayrama çevrildi. Ədalətli müharibənin hər günü yeni zəfər xəbərləri ilə açılırdı.27 sentyabr – 3 oktyabr arasındakı zaman artıq düşmənin fəxrlə danışdığı “ keçilməz sədd”lər məhv edilmişdi. Murovdağ yüksəkliyi, Tərtər rayonunun Suqovuşan, Talış və təmas xəttində onlarla yaşayış məskəni azad edildi.
4 oktyabrda Cəbrayıl şəhəri, onlarla kənd, 9 oktyabrda Xocavənd rayonunun Hadrut qəsəbəsi qalib ordumuzun nəzarəti altında idi. 17 oktyabrda çox çətinliklə Füzuli şəhəri alındı,18 oktyabrda Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı.20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı şəhərləri düşməndən təmizləndi.44 günlük müharibənin ən şanlı səhifəsi dünya hərb tarixinə düşmüş Şuşa əməliyyatı oldu.8 noyabr Ali Baş Komandan qürurla “ Əziz Şuşa, sən azadsan!” fikrini səsləndirəndə bütün Azərbaycan, dünyadakı həmvətənələrimiz, dost ölkələr sevinc göz yaşlarını saxlamamışlar.
10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.2020-ci ilin 20 noyabrı Ağdam, 25 noyabrı Kəlbəcər, 1 dekabrı Laçın azad edildi.
Ali Baş Komandan İlham Əliyevin əminliklə dediyi “Azərbaycan Ordusunda bir dəfə də fərarilik halı olmayıb” fikri Cənubi Qafqazın ən qüdrətli ordusunun mənəvi yüksəkliyindən də xəbər verirdi. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkını məhz XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikasını dünyaya nümayiş etdirmək üçün təkil etdik.Dosta qürur, düşmənə göz dağı olan Zəfər paradı keçidik.
Hərbi uğurlarla yanaşı Qələbəni təsbit etmiş diplomatiya və peşəkar, vətənpərvər ritorika da Zəfərin önəmli tərəflərindən biridir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir.Eyni zamanda İlham Əliyevin sözləri ilə desək , “Qardaş Türkiyənin dəstəyi Qələbəyə inamı artırdı”.Müharibədən sonra imzalanmış ”Şuşa Bəyannaməsi” isə birbaşa qardaşlığın Zəfəri idi.
Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq” əməliyyatı Vətən və Qələbə naminə siyasi həmrəylik nümunəsi oldu. Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Zəfərin qazanılmasından sonra sonra əsas işlərdən biri yaralarımızı sağaltmaq idi.Vətən uğrunda canından, sağlamlığından keçən hər kəsi diqqətdə saxlayan , maddi, mənəvi dəstəyi əsgirməyən dövlətimiz postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin etdi. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Çünki məhz qeyrətli Vətən oğullarının sayəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Hazırda yeni inkişaf dövrünü, Böyük Qayıdış strategiyasının reallaşaması dövrünü yaşayırıq. Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bu Zəfər Azərbaycanın gələcək tarixini, yeni hədəflərini müəyyən etdi.Bu xalqımızn lideri ilə birlikdə gələcək qələbələrə imza tacağına tam əminlik yaratdı.Yaşasın bu xoşbəxt günləri bizə yaşadanlar!