Vətən müharibəsi şəhidi Əsgərov Rüfət doğum günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Əsgərov Rüfət doğum günündə ehtiramla yad edilib
29 yanvar 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, Binə qəsəbə Bələdiyyəsinin sədri Habil Həmidov və digər rəsmi şəxslər, şəhid ailələri üzvləri, qazilər, şəhidin təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllim - tələbə kollektivi şəhid Əsgərov Rüfət Qabil oğlunun doğum günü münasibəti ilə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət etmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.