Oktyabrın 7-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Əsədov Səbuhi Azər oğlunun anım günü qeyd
olunub.
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Bülbülə Bələdiyyəsinin sədri Nəsib İsmayılov, Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi Elçin Seyfullayev, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, qazilər iştirak edirdilər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub.