Vətən müharibəsi şəhidi Mehdi Fərzulla-zadə anım günündə ehtiramla yad edilib
7 noyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Fərzulla-zadə Mehdi Zaman oğlunun anım günü ilə əlaqədar Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.