Şəhid Qoşqar Aslanov doğum günündə ehtiramla yad edilib
11 noyabr Vətən müharibəsi şəhidi, baş leytenant Qoşqar Aslanovun doğum günüdür. Bununla əlaqədar şəhidimizin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım mərasimində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha ehtiramla yad edərək Allahdan rəhmət diləmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.