Noyabrın 9-da Suraxanı rayonunda Vətən Müharibəsi Qəhrəmanı Noçuyev Surxay Əbdül oğlunun şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidin II Fəxri Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçıları Qəhrəman döyüşçünün məzarının ziyarətinin ardından Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.