Vətən müharibəsi şəhidi Rəhimov Sadiq anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Rəhimov Sadiq anım günündə ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan "Vətən uğrunda" ,“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü", “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Şəhid Rəhimov Sadiq Nadir oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Hövsan qəsəbəsində yerləşən bulaq-abidə kompleksini ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.