Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun anım günü ehtiramla qeyd edilib

Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun anım günü ehtiramla qeyd edilib
Noyabrın 26-da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Əsgərov Rüfət Qabil oğlunun anım günü qeyd olunub.
Anım günü ilə əlaqədar YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Daha sonra yerli təşkilatın nümayəndələri tərəfindən şəhidin bulaq xatirə və muzey kompleksləri ziyarət edilmiş, orada şəhid Rüfət Əsgərova aid əşyalarla tanışlıq olmuşdur.
Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlığını ifadə edib.