Vətən müharibəsi şəhidi Orxan Hüseynovun xatirəsi ehtiramla anılıb
Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Orxan Bəhman oğlunun xatirəsi anım günüdür.
Anım günündə şəhidin ailəsi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət edilmiş və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunmuşdur.