Vətən müharibəsi Şəhidi Nazim Kirxlarov anım günündə ehtiramla yad edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsində ucalan, "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Kirxlarov Nazim Nadir oğlu anım günündə ehtiramla yad edilib.