Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadə doğum günündə ehtramla yad edilib

Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadə doğum günündə ehtramla yad edilib
12 iyun  Şəhid İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şobə müdiri Elmar Huseynov, digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin atası Fizuli İsmayilov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan Ilham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyası a öz minnətdarlığını ifadə edib.