Noyabrın 19-da Vətən müharibəsi şəhidi Orucov Elmir Elyar oğlunun anım günü qeyd edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Orucov Elmir Elyar oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlığını ifadə edib.