Vətən müharibəsi şəhidi Dostəli Məmmədov doğum günündə ehtiramla yad edilib
28 iyun Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Dostəli Seymur oğlunun doğum günüdür. Şəhidimizin mövludunun 26-cı ilinin tamam olması ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının sədr müvaini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər şəhid əsgər Məmmədov Dostəli Seymur oğlunun ailəsinin qayğıları ilə maraqlanmışlar.
Tədbir iştirakçıları tərəfindən şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra tədbir iştirakçıları Vətən Müharibəsi şəhidi Dostəli Məmmədovun ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.