Vətən müharibəsi şəhidi Cavid Cabarzadə anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Cavid Cabarzadə anım günündə ehtiramla yad edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Cabarzadə Cavid Qorxmaz oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov,  Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, şəhid ailələri və qazilər anım günündə şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirib ki, müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.