Vətənpərvər nəsillərin yetişməsi məhz məktəbəqədər təhsil müəssisələrində başlayır

Vətənpərvər nəsillərin yetişməsi məhz məktəbəqədər təhsil müəssisələrində başlayır

YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri ilə yerli təşkilatın məsləhətçisi Nərgiz Çıraqovanın iştirakı ilə görüş keçirilmişdir.

İclasa sədrlik edən ƏPT sədri, 313 saylı uşaq bağçasının müdiri Dürdanə Hüseynova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, məktəbəqədər təhsil sahəsində son illər ərzində aparılan islahatlar, uşaq bağçaları və körpələr evlərində çalışanlara dövlət tərəfindən göstərilən diqqət və qayğı, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi.

ƏPT sədr-müavini, 312 saylı uşaq bağçasının müdiri Aygün Məmmədova da öz növbəsində çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi.

ƏPT-nin fəal üzvləri, tərbiyəçi-müəllimlər Lalə Əliyeva və Samirə Quliyeva yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması və digər məsələlərlə  bağlı görüş iştirakçılarına geniş məlumat vermişlər.

Yerli təşkilatın məsləhətçisi Nərgiz Çıraqova YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, müəyyən nöqsanlar və çatışmayan tərəfləri olsa da, ümumillikdə Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsi 100 ünvanında yerləşən ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab etmək olar. Nərgiz Çıraqova vətənpərvər nəsillərin yetişməsinin məhz məktəbəqədər təhsil müəssisələrində başladığını xüsusi vurğulamışdır. Yerli təşkilatın nümayəndəsi demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

Eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edən Nərgiz Çıraqova öz tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda YAP üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.