Vətən müharibəsi şəhidi Vaqif Mərdanov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Vaqif Mərdanov anım günündə ehtiramla yad edilib
Oktyabrın 10-da Vətən müharibəsi şəhidi Mərdanov Vaqif Ədalət oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Hövsan qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Paylaş