Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Cəbrayıl azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Səfərov Cəsarət Xaliq oğlunun anım günü qeyd edilib. Anım günündə qəhrəman şəhidin İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin doğmaları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.