Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" medallarına layiq görülən şəhid Əliyev Yunis Zaur oğlunun anım günüdür.
Anım günündə şəhidin Bülbülə qəsəbəsində məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhidin valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.