Vətən Müharibəsi şəhidi Səbuhi Orucovun şəhadətinin ikinci ildönümü mərasimi təşkil olunmuşdur

Vətən Müharibəsi şəhidi Səbuhi  Orucovun şəhadətinin ikinci ildönümü mərasimi təşkil olunmuşdur

27 oktyabr 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, Bülbülə qəsəbə sakinləri və şəhidin doğmaları şəhid Orucov Səbuhi Vahid oğlunun şəhadətinin ikinci ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. 

Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.