Vətən müharibəsi şəhidi Elmaz Hacıyev doğum günündə ehtramla yad edilib

Vətən müharibəsi şəhidi Elmaz Hacıyev doğum günündə ehtramla yad edilib
9May Şəhid Hacıyev Elmaz Elmar oğlunun doğum günüdür. Şəhidin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şobə müdiri Elmar Huseyn, YAP Suraxanı Rayon Təşkilatının məsləhətcisi Ənvər Hagverdiyev digər rəsmi şəxslər, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin valideyni Səxavət xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan Ilham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyası a öz minnətdarlığını ifadə edib.