Vətən müharibəsi şəhidi Elmaz Hacıyev anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Elmaz Hacıyev anım günündə ehtiramla yad edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şəhid Hacıyev Elmaz Elmar oğlunun anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhid ailələrinin ailə üzvləri, ictimaiyyət nümayəndələri Binə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.