Uzun illər ərzində türk dünyası beynəlxalq münasibətlər sisteminin mühüm subyekti kimi diqqət mərkəzində olmuşdur

Uzun illər ərzində türk dünyası beynəlxalq münasibətlər sisteminin   mühüm subyekti kimi diqqət mərkəzində olmuşdur

Rüstəm Fətullayev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin müəllimi 

2009 – cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurulması türk dünyasının siyasi çəkisini daha da artırmış və beynəlxalq faktor kimi təsirini  genişləndir- məyə imkan yaratmışdır. Bu sazişdə göstərilirdi ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təşkilatın əsas fəaliyyət məqsədləri və vəzifələri də bu sazişdə öz əksini tapmışdır. 

Belə ki, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinəyatkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə sosial və mədəni inkişafa səy göstərilməsi və digər məsələlərlə bağlı razılıq əldə edilmişdir. 

Təşkilat ötən illər ərzində bütün atributları, səlahiyyətləri ilə tamhüquqlu beynəlxalq təşkilat kimi mövcud olsa da, sonradan adının dəyişdirilməsi ona yeni, xüsusi status verib, beynəlxalq aləmdə nüfuzunu və rolunu artırdı. Türk Dövlətləri Təşkilatının ortaq bayrağı altında dünyada bütün suveren və müstəqil türk dövlətləri birləşib. Həmçinin özünü türk dünyasının bir hissəsi hesab edən Macarıstan da təşkilatda yer alıb.Xatırlatmaq yerinə düşər ki, 2021- ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII  Zirvə görüşündə olduqca mühüm olan “ Türk dünyasına  baxış – 2040”konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer aldı 

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumlqrı olan TÜRKSOY,  TÜRKPA,  Türk Akademiyası,  Türk mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir, üzv ölkələr arasında elm, təhsil, mədəniyyət, incəsənət  sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması, təşviq edilməsi sahəsində aktiv rol oynayır. 

Qarabağ savaşında qaanılan möhtəşəm qələbədən sonra türk dövlətləri içərisində Turan məfkurəsinin daha qabarıq formada önə şıxması kənar qüvvələrin buna münasibətdə qısqanc yanaşmasını da ortaya çıxardı. Təsadüfi deyildi ki, Türk Dövlətləri Təşkilatının yaranmasına münasibətdə Rusiya xarici işlər naziri Lavrov öz mövqeyini  “ bu yaxşı heç nə vəd etmir” formasında  ortaya qoymuşdu. Bütün nədənlərə baxmayaraq Turançı ideologiyanın inkişaf etdirilməsində qarşıya qoyulan konsepsiyanın gerçəkləşməsində Azərbaycan qardaş Türkiyə ilə birgə aparıcı rol oynamaqdadır. Azərbaycan digər türk dövlətlərilə münasibətdə daha konstruktiv mövqedə dayanması da bunu sübut edir. 

19 – 20 aprel tarixində Bakıda Qırğızıstan dövlət başçısının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və geniş tərkibdə keçirilən görüş də ikitərəfli qaydada dövlətlərarası strateji planların həyata keçirilməsinin tərkib hissələrindən biri idi.Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. İmzalanan sənədlərdən də göründüyü kimi belə görüşlərdə prioritet olaraq “Türk dünyasına baxış – 2040” konseosiyası əsas götürülür. 

Bu görüş bir daha sübutetdi ki,  Azərbaycan – Qırğızıstan münasibətləri kontekstində türk dövlətləri arasındakı əlaqələr keyfiyyətcə yeni səviyyəyə çatıb. Belə deməkmümkündür ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə yüksək əməkdaşlığa köklənir. Ayrı – ayrı spektrlər üzrə imzalanan sənədlər ümumi əməkdaşlığın səmərəliliyini artıran amillərin göstəricisidir.  “ Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” , “ Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”un qardaş ölkənin prezidenti Sadır Japarov ilə prezident İlham Əliyev tərəfindən imzalanması görüş və müzakirələrin nəticələri, ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha sübut edir.  

Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətləri intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, Azərbaycan – Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə yeni bir səviyyəyə çatıb.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda da göstərdiyi kimi imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli, fəal surətdə müntəzəm müzakirə ediləcək. 

 Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləməsidir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb.