Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəRumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur.
Rumıniya-Azərbaycan tarixi əlaqələrinin kökü orta əsrlərə aiddir. Təkcə onu demək kifayətdir ki, bu əlaqələr Balaxiya və Moldova knyazlıqları yarandıqdan sonra başlanmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin və Səfəvi şahı I Ismayılın dövründə dövlətlərarası əlaqələr səviyyəsinə qədər yüksəlmişdi. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət də Rumıniya olmuşdur. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan – Rumıniya
münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib.
Xatırladaq ki, son illərdə Rumıniya ilə əməkdaşlıqda enerji layihələrinin gerçəkləşdirilməsində birgə fəaliyyətə başlanılıb. Azərbaycanla Rumıniya arasında bərqərar olan yüksəksəviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel
və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır.
Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair
imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Ölkə iqtisadiyyatı inkişaf etdikcə idxal-ixracın strukturu da zənginləşir.
Son illər ərzində xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. 2003-cü ildə Azərbaycandan 1218 adda mal ixrac olunurdusa 2011-ci ildə bu rəqəm 2082-ə yüksəlmişdir. Xarici ölkələrə göndərilən malların əsas hissəsini mineral məhsullar, o cümlədən xam neft və neft emalı məhsulları təşkil edir. Bununla yanaşı, qeyri-neft məhsullarından ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mirvari, qiymətli daşlar və
metallar, onlardan hazırlanan məmulatlar, toxuculuq materialları ixrac
olunmuşdur. Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır.
Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirmişdir. Ölkənin elektrik enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr -
Rusiya, İran, Gürcüstan və Türkiyədir. Hazırda özəl bölmənin xüsusi çəkisinin 85 faizi ötməsi xarici dövlətlərlə aparılan ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl
sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox alıcı tapmaqdadır. İstehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın
öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.
Son 10 ildə xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bu gün Bakı
və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.Bütün bu uğurlar deməyə əsas verir ki, Azərbaycan və Rumıniya arasında əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələr doğuracaqdır.