Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı - VİDEOSU

Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı - VİDEOSU

SOS uşaq kəndlərində böyüyən və ötən gün düşmən təxribatları nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı yeni görüntülər yayılıb.

Həmin görüntülərdə SOS uşaq kəndində keçirilən tədbirdə Səbuhinin uşaq ikən Ulu Öndər Heydər Əliyevin qarşısında dövlət himnimizi oxuması əks olunub. Səbuhi himni səsləndirdikdən sonra prezident onu bağrına basaraq öpür.

Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndlərində böyüyüb. 2006-2007-ci illərdə Şahinlər hərbi-vətənpərvərlik düşərgəsinin əsgəri olub. Uşaq vaxtından onun vətənə məhəbbət, dövlətimizə sədaqət, düşmənə nifrət ruhunda, qanında idi.
Qeyd edək ki,  Şəhid Səbuhi Əhmədov bu gün son mənzilə yola salınıb. Şəhidimiz İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Şəhidin dəfn mərasiminə SOS uşaq kəndində onunla böyüyən şəxslər, ictimaiyyət adamları və Müdafiə Nazirliyinin rəsmiləri qatılıblar.

Şəhid Səbuhi Əhmədov hazırda 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Allah rəhmət eləsin!