Ümummilli Liderin ən böyük xidməti özündən sonrakı siyasi kursu müəyyən etməsidir

Ümummilli Liderin ən böyük xidməti özündən sonrakı siyasi kursu müəyyən etməsidir
Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

Şəxsiyyət və zaman... Bunların hansının aparıcı olması, hansının, hansına daha çox təsir etmək gücündə olması filosoflar arasında daim mübarizə predmeti olmuşdur. Bizim fikrimizcə isə şəxsiyyəti zaman yetişdirir. Amma şəxsiyyət zamanın gedişinə təsir edir, onu ya sürətləndirir, ya da ləngidir. Burasını da unutmayaq ki, şəxsiyyəti həm də mühit yetişdirir.

Bu mənada Ulu Öndər Heydər Əliyevi zaman yetişdirdi. O isə zamanın gedişinə dərindən təsir göstərdi. O, mənada ki, əgər Ulu Öndər fenomeni zamanında parlasaydı, kim bilir müstəqillyini yenicə bərpa etmiş Azərbaycan sözün həqiqi mənasında müstəqilləşmək, bütünləşmək uğrunda mübarizə aparacaqdır.

Ulu Öndər elə bir zamanda xalqına, dövlətinə sahib çıxdı ki, ölkəmiz heç bir zaman belə təhlükə qarşısında qalmamışdır, desək, yəqin ki yanılmarıq. Azərbaycanın siyasi həyatında heç vaxt 1993-cü il qədər xaos tüğyan eləməmişdir. Əslində hamının bircə qənaəti vardır: “ bu belə olmalıdır” Dərhal da sual yaranırdı: “Bəs necə olmalıdır?” Bu sualın cavabını isə bircə nəfər bilirdi, Heydər Əliyev.

Heydər Əliyev yaxşı bilirdi ki, xalqımızın azadlıq, müstəqillik arzusu yer altında, amma hələ vulkana çevrilməyən bir lavadır. Bu lavanı – xalqı kraterə yönəltmək lazımdır. Heydər Əliyev həmin həmin krateri göstərdir. Həm də təkcə göstərdi – o lavanın – xalqın önünə düşüb onu lazımı istiqamətə yönəltdi və o lava axıb – axıb möhtəşəm qranit bir dağa çevrildi ki, o dağın da başında məhz Heydər Əliyev özü dayandı.

Bəli, Heydər Əliyev Azərbaycan xalqı üçün çox işlər görüb və qədirbilən xalqımız da bunu çox gözəl bilir. Xalqımız onun ölkədaxili xaosa son qoymasından da, düşmənin təcavüzünü dayandırmasından da, uzaq yaxın güclərin məkrli planın ifşa etməsindən də, neft kontraktlarını da, xalqın sərvətini onun sosial rifahına yönəltməsindən də, iqtisadi inkişafın təməlini qoymasından da xəbərdardır.

Bir vacib məsələni qeyd etmək istəyirəm. Fikrimizcə, Ümummilli Lider Heydər Əliyevin ən böyük xidməti ölkənin özündən sonrakı siyasi kursunu müəyyən etməsidir. Tarixdə ömrü bir hökmdarın, bir başçının, bir rəhbərin ömrü qədər olan o qədər dövlətlər olub ki, Heydər Əliyev bunu fenomenal uzaqgörənliklə bildiyindən təkcə siyasi kursu yox, xalq öz məqsədinə doğru uğurla aparacaq rəhbəri də müəyyənləşdirdi. “Mən İlham Əliyevə inanıram” fikri Heydər Əliyevə məxsus olsa da, əslində bir xalqın inamını ifadə edir: “Biz İlham Əliyevə inanırıq!” Necə də inanmayaq, o, bizi ən böyük arzumuza torpaqlarımızın bütünlüyünə qovuşdurdu. Ona da arxayınıq ki, bu inam bizi daha möhtəşəm qələbəyə aparacaq!