Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
30 aprel 2026-cı il tarixində YAP Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 91 ünvanında yerləşən ərazi partiya təşkilatında (Uşaq Xəstəxanası) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Uşaq Xəstəxanasının baş həkimi Ceyhun Əliyev, tibb müəssisəsinin kollektivi iştirak etmişlər.Uşaq Xəstəxanasının baş həkimi, ƏPT-nin sədri Ceyhun Əliyev tədbiri açıq elan edərək, tədbir iştirakçılarını salamlamış, Ulu Öndərin keçdiyi həyat yolu haqqında iştirakçılara məlumat vermişdir.
ƏPT-nin sədr müavini Yaşar Ağalarov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açmış, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev doğma xalqını və dövlətini taleyüklü məqamda vətəndaş müharibəsi, parçalanma və müstəqilliyin itirilməsi təhlükəsindən fədakarlıqla xilas edərək, Azərbaycanı sabitlik, rifah və tərəqqi yoluna çıxarmasını vurğulamışdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini milli dövlətçilik strategiyasının əsas prioriteti kimi müəyyənləşdirib və bu amal onun bütün siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib. Bu müqəddəs və ali məqsəd Ümummilli Liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə reallığa çevrilib, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək Ulu Öndərin vəsiyyətini yerinə yetirib. Bu gün qüdrətli Azərbaycanın dünyada böyük hörmət sahibi olduğunu qeyd edən S.Əbdülov bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və inkişaf strategiyasının dayandığını bildirib. Xüsusi vurğulanıb ki, Ümummilli Liderin ideyaları bu gün də yaşayır, Azərbaycan xalqını birləşdirən mənəvi dəyərə çevrilərək ölkənin hərtərəfli inkişafına xidmət edir.