Leyla Orucəliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 tam orta məktəbin müəllimi
Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.
Dahi şəxsiyyət 1978-ci il aprelin 2-də 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş 7-ci sessiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" təşəbbüsü ilə çıxış edir.Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılır.
Ulu öndərin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitutsiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir "maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitutsiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
30 oktyabr 1997-ci il Azərbaycan yazıçılarının X qurultayında Ümummilli Lider Heydər Əliyev demişdir. “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Möhtərəm cənab Prezidentimiz Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.